FHN-in canlı qüvvəsi və texnikası Gəncəyə göndərildi


13:16     11 May 2019 19_05_11_1557566080.jpg

Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri yağış suları ilə dolub.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub.

Suçəkmə işləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 389