Alimlər “axirətdən gəlmiş” quş aşkarladı
14:28 11 May 2019
Portsmut Universitetinin tədqiqatçıları Seyşel adalarında on minlərlə il əvvəl yoxa çıxmış küvyer (Dryolimnas cuviere) növündən olan quşun izlərini aşkarlayıb.
“Zoological Journal of the Linnean Society”nin yazdığına görə ağboğazlılar fəsiləsindən olan küvyer Aldabra atolunda (mərcan adasında-red) yaşayıb. Quşun toyuq ölçüsündə olduğu bildirilir.
Buna qədər zooloqlar adanın sualtında qalan zaman uça bilmədikləri üçün bu növdən olan bütün quşların məhv olduğunu güman edirdi.
Təxminən, 100 min il əvvəl adanın su səviyyəsi aşağı düşüb və mərcan adası yenidən səthə çıxıb. Bu yaxınlarda tədqiqatçılar onda çoxdan nəsli kəsilmiş quşun “təzə” izlərini aşkarlayıb.
Britaniyalı tədqiqatçılar bunu iterativ təkamüllə izah edir.
Fərziyyəyə görə, eyni növdən olan nümayəndələr ayrı-ayrı vaxtlarda eyni əcdaddan təkamül edə bilər.
Alimlər iddia edir ki, adanın suyun səthinə qalxmasından sonra, küvyerlərin ulu əcdadından olan quş atola gələrək, bir daha uça bilməyən quşa təkamül edib.
Oxunub: 570
Oxşar xəbərlər
- Alimlər 70 ildən sonra Yerə yaxınlaşacaq asteroid kəşf ediblər
- Alimlər "omikron"un insana daha bir mənfi təsirini aşkarlayıblar
- Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar
- Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar
- Alimlər dözülməz istilərin yaxınlaşması ilə bağlı xəbərdarlıq ediblər
- Alimlər koronavirusun uzunmüddətli fəsadlarını aşkarlayıblar
- Alimlər koronavirusun sağlamlıq üçün daha bir təhlükəsini müəyyənləşdiriblər
- Alimlər: Koronavirusa yoluxmuş uşaqlarda insult inkişaf edə bilər
- Alimlər: Dünyada koronavirusdan da təhlükəli pandemiya olacaq
- Alimlər COVID-19 ilə mübarizə üçün effektiv maddə əldə edib