22 yaşlı qız itkin düşdü


14:50     11 May 2019 2019/05/F3F36C28-2237-4FF5-9757-334AC513004C_1557571679.jpeg

Qazax rayonu, II Şıxlı kənd sakini 1997-ci il təvəllüdlü Nərmin Həsənova itkin düşüb.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun anası Vəsilə Zülfüqarova polisə müraciət edib.

O bildirib ki, qızı mayın 6-da evdən çıxıb və geri qayıtmayıb. N.Həsənovanın axtarılması istiqamətində Qazax Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 434