Keçmiş məhkum yenidən cinayət törətdi


16:52     11 May 2019 terror%20hebs.jpg

Sumqayıtda silsilə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.aza verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində “Mitsubishi” markalı avtomobilin kolpaklarını, “Honda” və “VAZ-21093” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını və 1 evin zirzəmisindən 100 metr elektrik naqili və 1 ədəd laqunda oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş C.Bayramov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 321