I qrup əlillərin pensiyası niyə gecikir? - AÇIQLANDI
17:18 11 May 2019
"I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aprelin 1-dən 50 manat təqaüd təsis edilib. Bu o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub".
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
O deyib ki, ona görə də I dərəcə əlilliyi olan şəxslərə may ayının pensiyası verilərkən aprel və may aylarının hər biri üçün həmin 11 manat (ümumilikdə 22 manat) dayandırılıb, bunun əvəzində isə may ayının təqaüdləri verilərkən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə aprel və may aylarının hər biri üçün 50 manat (ümumilikdə 100 manat) ödəniləcəkdir: "Bunun üçün də I dərəcə əlilliyi olan şəxsləri narahat olmamağı tövsiyə edirik və yaxın günlərdə onlardan yalnız bir ərizə (onlara qulluq edənin kimliyini müəyyən etmək üçün) ərizə qəbul olunmaqla, aprel və may ayları üzrə 100 manat (50+50) təqaüdün ödəniləcəyini bildiririk".
Femida.az
Oxunub: 999
Oxşar xəbərlər
- Artıq ödənilmiş əmək pensiyasının pensiyaçıdan tutulacağı hallar müəyyənləşir
- Pensiyalar ödənilir
- İyul ayının pensiyaları tam ödənilib
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Bu şəxslər pensiyaya 5 il tez çıxacaq – Prezident Qanunu təsdiqlədi
- Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib