Terrorçular hotelə hücum edib - Pakistanda


18:44     11 May 2019 publika.az1450009960pakistan.jpg

Pakistanın Bəlucistan vilayətindəki Qvadar şəhərində bir neçə silahlı şəxs beşulduzlu "Pearl Continental Hotel"ə hücum edib.

Bunu Pakistanın hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib.

Hazırda hotel ərazisi polis tərəfindən mühasirəyə alınıb, ərazidən atəş səsləri gəlir. İlkin məlumatlara görə, hotelə üç-dörd yaraqlı daxil olub.

KİV-də hazırda binanın içərisində azı 70 nəfərin, o cümlədən təxminən 40 Çin vətəndaşının olduğu barədə məlumat yayılıb. Hələlik hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 434