Rusiya çimərliyində 24 yaşlı azərbaycanlı batıb


10:12     12 May 2019 2019/05/Screenshot_51_1557635540.jpg

Başqırdıstan Respublikasının (Rusiya) Ufa şəhərinin Solneçnı çimərliyində may ayının 11-də gənc oğlan batıb.


Ufa1-in məlumatına əsasən, hadisə yerinə dərhal kater ilə xilasedicilər yollansalar da, onu xilas etmək mümkün olmayıb.

"Təəssüf ki, kişini xilas etmək mümkün olmadı, o, xilasedicilər gələnə qədər boğuldu", - deyə Ufanın Mülki Müdafiə İdarəsindən bildirilib.

Bildirilir ki, çimərlikdə batan şəxs 24 yaşlı azərbaycanlıdır. Dalğıclar onun meyitini hələ də axtarırlar.

Açar sözlər:

Oxunub: 378