Göyçayda dəhşətli qəza: 1 ölü, 4 yaralı


11:38     12 May 2019 19_05_12_1557645931.jpg

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın xəbərinə görə, hadisə gecə saat 03:00 radələrində olub.

“Mercedes” və “Toyota” markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakin 1983-cü il təvəllüdlü Qurbanov Vusal Fərman oğlu, Göyçay şəhər sakinləri - 1992-ci il təvəllüdlü Kərimli Məmməd Əlimövsüm oğlu, 1987-ci il təvəllüdlü Azadov Pərviz Yelmar oğlu, 1985-ci il təvəllüdlü Rüstəmov Nofəl Oqtay oğlu və Potu kənd sakini, 1991-ci il təvəllüdlü Kərimli Simran Akif oğlu müxtəlif xəsarətlər alıblar.


Vüsal Qurbanov ağır xəsarətlər aldığı üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 415