Rusiyada partlayış olub: Ölən və yaralılar var


12:05     12 May 2019 19_05_12_1557646275.jpg

Rusiyanın Rostov vilayətində yaşayış binalarından birində partlayış baş verib.

Femida.az xəbər verir ki, Kamensk rayonunda qeydə alınan hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Qaz sızması səbəbindən baş verən partlayış zamanı üç mənzil tamamilə dağılıb, sakinlər təxliyyə olunub. Ölənlərdən birinin 9 yaşlı qız olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 352