Mobil operatorlar nömrə sahibinin kimliyi açıqlanmalıdır
12:58 12 May 2019
Azərbaycanda mobil operator və provayderlərin üzərinə yeni vəzifə qoyulur.
Trend bildirir ki, bununla bağlı məsələ "Telekommunikasiya haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) təklif edilən yeni bəndə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək vəzifəsi müəyyən edilir.
Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsin və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin.
Oxunub: 695
Oxşar xəbərlər
- Mobil telefona görə imtahandan xaric edildi
- Mobil operatorların şüaları ilə bağlı 17 şikayət daxil olub
- Mobil telefonlar gömrükdə yazılı formada bəyan ediləcək
- Mobil telefonla baş etibarnamə verilməsi mümkün oldu
- Mobil telefonları gizli yolla ölkəyə keçirməyə çalışdılar
- Mobil telefonları gizlədərək keçirməyə cəhd etdi
- Mobil məhkəmə tətbiqi rəsmən istifadəyə verilib
- Mobil Babayev və Ruhəngiz Qasımova təltif edilib
- Mobil rabitə sektorunun gəlirləri yarım milyard manatı ötüb
- Mobil operatorlar 500 milyona yaxın gəlir əldə edib - 7 ayda