XİN-dən Britaniyaya sərt REAKSİYA
17:43 12 May 2019
UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.
Femida.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sözügedən tövsiyələri şərh edərkən bildirib.
"Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub. Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir. Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə "Qarabağ" – "Çelsi" futbol oyunu qeyd oluna bilər. Bu idman yarışlarını izləmək məqsədilə ölkəmizə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qalmışlar", - deyə o qeyd edib.
L.Abdullayevanın sözlərinə görə, Azərbaycan, həmçinin turizm ölkəsidir və hər il ölkəmizə çoxsaylı əcnəbi turistlər səfər edir. Ölkəmizin malik olduğu digər müsbət xüsusiyyətləri ilə bərabər Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır.
Femida.az
Oxunub: 418
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Belarus səfiri Ermənistan XİN-ə çağırılıb
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
- Azərbaycan XİN: "Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edirik"
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb