“Yayılan video köhnədir” — Təhsil idarəsindən açıqlama


13:47     12 May 2019 2019/05/BC429C47-BB7B-45F2-ACF5-698EA3E7F926_1557668954.jpeg

Bakı Şəhər Təhsil İdarəsi iki şagirdin müəllimin qarşısında rəqs etməsi, müəllimə əl qaldırması ilə bağlı yayılan videoya münasibət bildirib.


Qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Femida.az-a bildirib ki, videogörüntü 2017-2018-ci dərs ilinin arpel ayında çəkilib.

"Video 314 nömrəli məktəbin 6-cı sinfində, rus dili müəllimi Qurbanov Pərviz Frik oğlunun dərsində çəkilib. Həmin vaxt müəllim ayağı sındığı üçün ayağa qalxa bilmirdi. Təbiətən çox mülayim adam olan Pərviz müəllim baş verən hadisəyə görə öz ərizəsi əsasında işdən getmişdi. Videogörüntü isə həmin vaxt müəllim işdən azad ediləndən bir neçə gün sonra yayımlanmışdı".

Femida.az

Açar sözlər:

Oxunub: 600