Test imtahanının nəticələri açıqlandı


14:04     12 May 2019 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Dövlət İmtahan Mərkəzinin (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlanıb.

DİM-dən Femida.az -a verilən məlumata görə, imtahanın nəticələri bu gün saat 14:07-dən etibarən mərkəzin internet saytında yerləşdirilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 384 nəfərdən 83-ü imtahana gəlməyib. 55 və daha çox bal toplamış 165 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 353