Gəmi partlayışında yanan şəxslərdən biri ölüb


18:45     12 May 2019 klinika.jpg

Xəzər dənizində Saipem şirkətinin icarəyə götürdüyü gəmidə partlayış baş verməsi nəticəsində yaralanan şəxslərdən biri ölüb.

Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə 11 nəfər yaralanmış Saipem şirkətinin əməkdaşları (o cümlədən Azərbaycan vətəndaşları) Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına, Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə göndərilməsi "Saipem" şirkəti tərəfindən mayın 11-də təşkil olunub.

Bu barədə məlumat "Saipem" şirkətindən verilib.

Deyilir ki, digər daha yüngül xəsarət almış üç əməkdaşı artıq vətənlərinə göndərilib.

"Saipem" şirkəti bildirir ki, ən ağır vəziyyətdə olan şirkətin bir əməkdaşı bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşın həyatına heç bir təhlükə yoxdur.

Femida.az

Açar sözlər: #saipem  

Oxunub: 812