Qarabağ münaqişəsi Tbilisi forumunda


20:11     12 May 2019 19_05_12_1557677535.jpg

Mayın 13-14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçiriləcək.

Tədbirdə Cənubi Qafqaz və Qara dəniz bölgələrində baş verən proseslər, həll olunmamış münaqişələr, təhlükəsizliyə təhdidlər, "Şərq tərəfdaşlığı" proqramının gələcəyi və digər mövzular müzakirə olunacaq.

Forumda Gürcüstan, ABŞ, Avropanın bir neçə ölkəsi, Azərbaycan, Türkiyə, Ermənistandan olan ekspertlərlə yanaşı, diplomatik korpusun nümayəndələri, ekspertlər və dövlət rəsmiləri də iştirak edəcəklər.

Tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş ayrıca sessiya təşkil olunacaq. Azərbaycanı forumda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov təmsil edəcək.

Qeyd edək ki, Cənubi Qafqaz Təhlükəsizlik Forumu son illər ən aparıcı təhlükəsizlik platformalarından birinə çevrilməklə yanaşı, bölgədə təhlükəsizliklə bağlı debatlara ciddi təsir göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 354