Polis Şöbəsində saxlanan şəxs özünü asıb


22:22     12 May 2019 polis.jpg

Şəkidə Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

Femida.az ONA-ya istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə, şübhəli şəxs qismində Şəki Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan rayon sakini 1987-ci il təvəllüdlü QalibTelman oğlu Məmmədov mayın 11-i saat 16 radələrində özünü asaraq intihar edib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 1241