Yevlaxda azyaşlı uşaq xlor içib


09:02     13 May 2019 6_xestexana8.jpg

Yevlaxda 2 yaşlı uşaq xlor içib

Yevlaxda 2 yaşlı uşaq xlor içərək zəhərlənib.

Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə Yuxarı Qarxun kəndində baş verib.

2017-ci il təvəllüdlü kənd sakini Məmmədova Əfruz Kamil qızı ehtiyatsızlıq nəticəsində xlor içib. Ağır vəziyyətdə olan körpə xəstəxanaya çatdırılıb.

Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Ə.Məmmədovanın vəziyyəti stabilləşib və o, təhlükəni geridə qoyub.

Femida.az

Açar sözlər:

Oxunub: 247