Sabirabadda intihar - 23 yaşlı gənc özünü asdı


09:09     13 May 2019 intihar%20asib.jpg



Sabirabadda 23 yaşlı gənc intihar edib.

Femida.az ONA-ya istinadən xəbər verir ki, intihar hadisəsi Sabirabad rayonunun Kovlar kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Zeynalov Şamil Zeynal oğlu yaşadığı həyətdə özünü əncir ağacından asaraq intihar edib. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. İntiharın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət  

Oxunub: 468