Piyada avtomobilin altında qaldı -Bakıda faciə (VİDEO)


09:19     13 May 2019 2019/05/piyada-oldu_1557724836.jpg

Xətai rayonunda bir nəfərin ölümünə səbəb olan yol qəzası qeydə alınıb.


Məlumata görə, Muxtarov Hüseyn idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkət edən zaman yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən qəfil onun qarşısına piyada çıxıb.
Nəticədə idarəetməni itirən avtomobil piyadanı vurub.

Zərbənin təsirindən piyada, təxminən 50-55 yaşlı kişi hadisə yerində ölüb.




Faktla bağlı əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Avtotexniki ekspertiza təyin edilib. Sürücü H.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb.(Ona.az)

Açar sözlər:

Oxunub: 1039