Metroda yaranan sıxlığın səbəbi məlum oldu


09:36     13 May 2019 metro%20texliyye.jpg

Bu gün səhər saatlarından etibarən Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilir.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Femida.az-a bildirib ki, qatarlarda hər hansı nasazlıq baş verməyib, sadəcə sərnişin sayı adi günlərlə müqayisədə bir qədər çoxdur.
B.Məmmədov, həmçinin qeyd edib ki, sərnişinlərin vaqonların qapısını saxlaması nəticəsində qatarların hərəkətində müəyyən qədər ləngimə olur.

Femida.az

Açar sözlər: #Metro  

Oxunub: 883