2 azyaşlı uşağın üstünə qaynar su tökülüb


11:33     13 May 2019 qaynar%20su.jpg


Ağdamda 2 azyaşlı uşağın üstünə qaynar su tökülüb.

Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbəsində baş verib.

Rüstəmovlar ailəsinin qonaq getdikləri evdə 4 yaşlı övladları Rüstəmov Xaləddin Əlvan oğlunun və ev sahibinin 5 yaşlı oğlu Quluzadə Amin Amil oğlunun üzərinə oynayarkən isti su tökülüb.

Ağır yanıq xəsarəti alan azyaşlılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 325