Piyadanı vurub öldürdü - Hadisə yerindən qaçdı
11:46 13 May 2019
Nərimanov rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib.
Femida.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb.
Belə ki, mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlunun etibarnaməsiz idarə etdiyi “Lifan” markalı, 99-HJ-019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
İstintaqla hadisənin Ruslan Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 333
Oxşar xəbərlər
- Piyadanı vurub öldürən sürücüyə cinayət işi açılıb
- Piyadanı vurub qaçan şəxs tutuldu
- Piyadanı vuraraq öldürən avtomobilin sürücüsü hadisə yerindən yayındı
- Piyadanı vurub hadisə yerindən qaçan sürücü xaxlanıldı
- Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
- Piyadanı vuraraq öldürən avtomobilin sürücüsü müəyyənləşib
- Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub - RƏSMİ
- Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı
- Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
- Piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır