Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən yıxılıb


14:52     13 May 2019 19_05_13_1557744821.jpg

Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.


Femida.az xəbər verir ki, ONA-nın məlumatına görə, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONA-ya faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib.

Açar sözlər:

Oxunub: 383