Azad Rəhimovun İrana səfəri başlayıb

Azad Rəhimovun İrana səfəri başlayıb


15:11     13 May 2019 2019/05/975cd93ee8b6456_1557745989.jpg

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri başlayıb.




Femida.az-ın xəbərinə görə, A.Rəhimovu İranın gənclər və idman nazirinin müavini Əbdülhəmid Əhmədi və Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov qarşılayıb.
İki günlük səfərdə A.Rəhimov iranlı həmkarı Məsud Sultanifərlə görüşəcək. Günün ikinci yarısında A.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Azadi stadionuna baxış keçirəcək.

A.Rəhimov Tehrana səfər çərçivəsində Milli Olimpiyada Komitəsinin rəhbəri Rza Salehi Əmiri ilə də görüşəcək.
Qeyd edək ki, sabah axşam Azərbaycan və İranın gənclər və idman nazirlərinin iştirakı ilə Azərbaycanın Tehrandakı səfirliyində şam ziyafəti təşkil olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 134