Azərbaycanda tanınmış iş adamı vəfat etdi


15:35     13 May 2019 19_05_13_1557747366.jpg

Azərbaycanda quşçuluq təsərrüfatlarının və iri broyler sənaye müssisələrinin yaradılmasında böyük əməyi olan Ərəstun Abbasov vəfat edib.


Femida.az Publika.az-a istinadən xəbər verir ki, bir çox iri broyler firmalarına rəhbərlik etmiş mütəxəssis dünən yaşadığı Biləsuvar rayonunda dünyasını dəyişib. 69 yaşlı iş adamının qəfil ürək tutumasından keçindiyi bildirilir.

Qeyd edək ki, Ə.Abbasov uzun illər quşçuluq sənayesi istiqamətində rəhbər vəzifələrdə çalışıb. O, “Dəvəçi broyler”, “Qaraqaşlıq Brolyer” və “Azərquşsənaye” Dövlət Şirkətinə rəhbərlik edib.

Açar sözlər:

Oxunub: 681