Şagird niyə özünü ikinci mərtəbədən atıb? - Məktəbdən açıqlama
15:42 13 May 2019
Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub.
Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən "Report"a bildirilib ki, mayın 13-ü saat təxminən 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb.
Qeyd olunub ki, şagird bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır: "Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".
Femida.az
Oxunub: 692
Oxşar xəbərlər
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb
- Şagirdlərin könüllü şəkildə məktəbə göndərilməsi tələbi ləğv edilib
- Şagirdlərimiz beynəlxalq olimpiadada 4 medal qazandı
- Şagirdlərin qiymətləndirilməsinə başlanılıb
- Şagirdlərin elektron yerdəyişməsi başlayır
- Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
- Şagirdlərin elektron yerdəyişməsi davam edir
- Şagirdlərin elektron yerdəyişməsi davam edir
- Şagirdlərin elektron yerdəyişməsi başlayıb