Bu dövlət qurumunun zərəri 7 milyon manata yaxınlaşıb
16:18 13 May 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 5,755 milyon manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,5% azdır.
2018-ci ildə “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin uzunmüddətli aktivləri 14,1% azalaraq 5,706 milyon manat, cari aktivləri isə təxminən 45% azalaraq 48 min manat olub.
Hesabat dövründə Mərkəzin cəmi öhdəlikləri 9,3 dəfə 333 min manata çatıb, cəmi kapitalı isə 19% azalaraq 5,422 milyon manata düşüb.
Ötən il “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin gəlirləri 29 min manat (2016-cı ilə nisbətən 56,7% az), xidmətlərinin maya dəyəri 156 min manat (4,3% az), ümumi və inzibati xərcləri isə 1,983 milyon manat (26,1% çox) təşkil edib. Son nəticədə 2018-ci ildə qurumun zərəri 2,11 milyon manat olub. Bu, 2017-ci illə 26,4% çoxdur. Mərkəzin yığılmış zərəri isə 44,2% artaraq 6,885 milyon manata çatıb.
Xatırladaq ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- "Rusiya bu ərazilərə nüvə silahı atacaq. Plan hazırdır" - Britaniya kəşfiyyatı
- BMT Baş katibi artan nüvə təhlükəsindən narahatdır
- KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- BMT Ukraynada mümkün nüvə müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib
- Rusiya XİN rəhbəri: "Nüvə müharibəsi riski indi daha çoxdur"
- Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA
- Sergey Şoyqu: "Rusiyanın nüvə qüvvələri hazır vəziyyətə gətirilib"
- Bu gün Rusiyada Putinin rəhbərliyi ilə nüvə silahı təlimləri keçiriləcək