“Silahlı Qüvvələrimiz dünyada ən güclü 50 ordu sırasında yer tutur


18:05     13 May 2019 ordu1.jpg

"Bu gün Azərbaycan Ordusu regionun güclü müasir silahlı qüvvəsidir və işğal olunmuş torpaqlarımızı hər an azad etməyə hazırdır".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

MM sədrinin birinci müavini bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ötən illər ərzində məqsədyönlü, davamlı tədbirlər həyata keçirilib.

"Beynəlxalq reytinqlərə görə, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Bu gün Azərbaycan Ordusu regionun güclü müasir silahlı qüvvəsidir və işğal olunmuş torpaqlarımızı hər an azad etməyə hazırdır. Azərbaycanın hərbi gücünü və qüdrətini Silahlı Qüvvələrimizin 100 illiyi münasibətilə 2018-ci ilin iyun ayında keçirilən hərbi parad əyani formada nümayiş etdirdi", - deyə o vurğulayıb.

Açar sözlər:

Oxunub: 463