“Diqlas”da malı yanan 366 sahibkara pul verilib
18:13 13 May 2019
Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara maddi yardımın verilməsi başa çatmaq üzrədir.
Bunu Azvision.az -a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. Nazirlik rəsmisi vurğulayıb ki, bu günə qədər 366 sahibkara maddi yardım ödənilib.
“İndiyədək “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara 2 milyon 137, 2 min manat vəsait verilib. Proses demək olar ki, yekunlaşmaq üzrədir. Bir neçə sahibkarlıq subyekti ilə bağlı araşdırma davam etdirilir”.
Qeyd edilib ki, ödənişlər “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.
Xatırladaq ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara maddi ziyan dəyib.
Oxunub: 426
Oxşar xəbərlər
- “Diqlas”dakı yanğına görə 400-dən çox sahibkar dindirilib
- “Diqlas”dan malların çıxarılması başa çatdırıldı
- “Diqlas”dakı sahibkarlara ödəniləcək yardımın məbləği AÇIQLANDI
- “Diqlas”da malları yanan sahibkarlara təklif - SİYAHI
- “Diqlas”dakı sahibkarlar dövlətdən 6,3 mln. manat güzəştli kredit istəyib
- “Diqlas”da obyekti yanan sahibkarların NƏZƏRİNƏ! - Siyahı açıqlandı
- “Diqlas”dakı yanğın nə qədər sahəni əhatə edib? - Nazirlik təfərrüatları açıqladı
- “Diqlas”dakı yanğınla əlaqədar komissiya yaradıldı - Tərkibində DİN-in əməkdaşları da olacaq