Təyyarə qəzasında ölən məmur kimdir?


19:47     31 Oktyabr 2015 asc.PNG


Rusiyanın Pskov vilayətinin qubernatoru Aleksandr Kopılov Misirin Şarm-əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçan təyyarədə qəza zamanı həlak olub.


AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məlumatı Pskov vilayətinin qubernatorunun mətbuat katibi Oksana Şiran təsdiqləyib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində olan sərnişinlərinin siyahısında Kopılovun da adı var.

Artıq Rusiyanın Pskov vilayətinin qubernatoru Andrey Turçak Aleksandr Kopılovun ölümü ilə əlaqədar onun ailəsi və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Şarm-əş-Şeyxdən Sankt-Peterburqa uçan "Airbus-321" sərnişin təyyarəsi bu gün Misirin Sinay yarmadasında qəzaya uğrayıb. Moskva vaxtı ilə saat 06:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.

Son məlumatlara görə, təyyarənin qalıqları Misirin Sinay yarımadasında aşkarlanıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 224 nəfər olub.

Açar sözlər:

Oxunub: 1293