İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçirilə bilər


21:33     13 May 2019 19_05_13_1557767906.jpg

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanın Brüsseldə qısa görüşü keçirilə bilər. “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibəti ilə keçirilən tədbir çərçivəsində iki ölkə liderlərinin görüşü istisna edilmir.


Bu barədə “Sputnik Ermənistan” Paşinyanın mətbuat katibi Vladimir Karapetyana istinadən məlumat verib.

V. Karapetyan qeyd edib ki, İ. Əliyevlə bu haqda razılığa gəlinməyib , lakin yaxın günlərdə “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan 6 ölkə liderinin çıxış edəcəyi tədbirin keçirilməsi gözlənilir.

“Əminəm ki, hər iki lider arasında ünsiyyət olacaq, amma hansı formatda, bu barədə məlumat verə bilmərəm” – Karapetyan bildirib.

Jurnalistlərin “liderlərin ünsiyyəti mütləqdirmi?” sualını Karapetyan belə cavablandırıb:

“Mən hər zaman iki ölkə arasında müxtəlif səviyyəli dialoqların qurulmasının vacibliyini vurğulamışam”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gedib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə bu ilin 29 mart tarixində Vyana şəhərində görüşmüşdü.

Açar sözlər:

Oxunub: 343