Bakıda yanğın olub, 1 nəfər zəhərlənib


22:17     13 May 2019 fhn.jpg

Bakı şəhərinin Yasamal rayonunda evdə yanğın baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 200 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 43 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #FHN  

Oxunub: 355