Polis bölməsi qarşısında bıçaqlanma olub


09:15     14 May 2019 metro%20bicaq4.jpg


Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.


Femida.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Hüseynov Elşad Dünyamalı oğlu Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #polis  

Oxunub: 447