Fuad Ələsgərov üçün özəl gün - FOTOLAR


09:24     14 May 2019 19_05_14_1557811702.jpg

Xəbər verdiyimiz kimi ötən gün ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edilib.



Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun bu gün doğum günüdür.Uzun illər siyasi təcrübəyə malik olan və ziyalı ailəsində doğulan Fuad Ələsgərovla bağlı yazını təqdim edirik:

Ələsgərov Fuad Murtuz oğlu 1959-cu ilin mayın 14-də Bakı şəhərində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakultəsini bitirdikdən sonra 1981-1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987-1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990-1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994-1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.






Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri təyin edilib.

Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cü il 22 iyun tarixli Sərəncamı ilə “Əməkdar Hüquqşünas” fəxri adı verilib.

Məlumat üçün qeyd edək ki, Fuad Ələsgərov Azərbaycan Milli Məclisinin sabiq sədri Murtuz Ələsgərovun oğludur. Murtuz Ələsgərov Azərbaycan Dövləti üçün uzun müddət xidmət göstərmiş şəxslər sırasında tanınıb. M.Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb. 2012-ci ilin avqustunda vəfat edib.Məzarı I Fəxri Xiyabandadır.





Femida.az

Açar sözlər: #Fuad_Ələsgərov   #Prezidentin_köməkçisi  

Oxunub: 2377