Bakıda beynəlxalq forum başladı


10:56     14 May 2019 2019/05/60338204_359688054658918_1368764995873013760_n_1557817024.jpg

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu öz işinə başlayıb.

Femida.az xəbər verir ki, 3 gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Qaçqın və Məcburi köçkünlərlə iş üzrə Dövlət komitəsinin sədri Rövşən Rzayev, Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov, Ombudsman Elmira Süleymanova, millət vəkilləri, QHT nümayəndələri və bir çox beynəlxalq təşkilatlarin nümayəndələri iştirak edir.

Forum hazırda davam edir və tədbirdən ən vacib xəbərləri diqqətinizə çatdıracağıq.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #Forum   #Bakı  

Oxunub: 364