Azərbaycan silahları Minskdə nümayiş olunacaq


11:13     14 May 2019 2019/05/silah-tufeng-snayper-azeuro-1_1557818232.jpg

Sabah Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi keçiriləcək.



Femida.az xəbər verir ki, sərgi dörd gün davam edəcək. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.
2001-ci ildən etibarən iki ildən bir keçirilən “MILEX” sərgisinə Müdafiə Sənayesi Nazirliyi bu günə qədər rəsmi heyətlə qatılıb. İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə nazirlik ilk dəfə stendlə təmsil olunacaq və məhsullarını mümayiş etdirəcək. Bununla bağlı müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Minskdə səfərdə olacaq.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 2408