"On min nəfərə elektron qaydada pensiya təyin olunub" - Sahil Babayev
11:27 14 May 2019
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və ilk “DOST” mərkəzi, 126 növdə sosial yönümlü xidmətin “bir pəncərə”dən, tam şəffaf və operativ, nəzakətlilik və son nəticədə vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təqdim edilməsinə imkan verir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində 18 altsistemin yaradılıb.
Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib. O, “E-sosial” internet portalı, “Məşğulluq” altsistemi, cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi haqqında məlumat verib:
"Artıq on min nəfərə elektron qaydada pensiya təyin olunub. Yanvarın 1 - dən etibarən pensiya yaşı catmış şəxslər heç bir sənəd təqdim etmədən pensiya təyinatını əldə edirlər. DOST agentliyi 26 xidməti bir çərçivədə birləşdirir. Bu qurumun fəaliyyəti tam şəffafdır. Bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramının artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib. Bu il minimum pensiyalar və minimum əmək haqqı 40 faiz, sosial müavinət və təqaüdlər 100 faiz artırılıb. Şəhid ailələrinə qayğının artırılması, onların birdəfəlik ödənişlə təminatı, qaçqın və məcburi köçkünlərin müavinətlərinin, tələbələrin təqaüdlərinin artırılması, devalvasiyanın təsirlərinin aradan qaldırılması, fiziki şəxslərin problemli kreditlərinin həlli sahəsində atılan əhəmiyyətli addımlardır. Reallaşdırılan uğurlu sosial paketin 3 milyon insanın rifahına ciddi dəstək olub".
S.Babayev pensiya sisteminin yeni inkişaf konsepsiyasının hazırlandığını, eləcə də sosial müavinət və əliliyin qiymətləndirilməsi, reabilitasiya, əmək müfəttişliyi sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi sahələrində aparılan islahatları, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki artım tempini qeyd edib. Nazir, həmçinin əlilliyi olan şəxslərin sosial müdafiəsi işlərindən bəhs edib, mütərəqqi beynəlxalq yanaşmalar da nəzərə alınmaqla “Əlilliyi olan şəxslərin hüquqları haqqında“ yeni qanunun qəbul edildiyini diqqətə çatdırıb.
Amin Nəzərli
Femida.az
Oxunub: 382
Oxşar xəbərlər
- Onkoloji və skleroz xəstələrinə pensiya veriləcək
- Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
- Onlayn qızıl sifariş etdi, satıcını hədələyib hamısını əlindən aldı
- Onlayn yolla "patı" satan tutuldu
- Onlayn "patı" satan şəxs tutulub
- On altı vəzifəli tibb işçisi nöqsanlara görə işdən çıxarılıb
- On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib
- On bir mindən çox hərbçiyə “Xocavəndin azad olunmasına görə” medalı verilib
- On ölkənin səfiri işğaldan azad olunan ərazilərə səfər edəcək
- Onkoloq-kimyaterapevt xərçəng riskini azaldan üç vərdişin adını açıqlayıb