Nazirliyə yeni mətbuat katibi təyin edildi
12:12 14 May 2019
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub.
Femida.az-ın məlumatına görə, bu vəzifəyə tanınmış jurnalist və teleaparıcı Günel Gözəlova gətirilib. Bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Qeyd edək ki, Günel Gözəlova Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyasında aparıcı-jurnalist, 2003-2016-cı illərdə Lider TV-də jurnalist, televiziya və radio aparıcısı, redaktor, “Gənclər” redaksiyasının rəhbəri, “Lider Xəbər” departamentinin rəis müavini vəzifələrində çalışıb. Günel Gözəlova eyni zamanda 6 il pedaqoji fəaliyyətlə də məşğul olub.
“Bir inci xanım”, “Mübariz”, “Şahinlər”, “Hünərin gücü”, “İnibahn zirvəsi”, “İkinci həyat”, “Xilaskar” kimi bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. Televiziya və radio sahəsində xidmətlərinə görə 2016-cı ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Femida.az
Oxunub: 525
Oxşar xəbərlər
- Nazirliyə yeni səlahiyyətlər verildi
- Nazirliyə daxil olan şikayət araşdırıldı
- Nazirliyə yeni səlahiyyətlər verilib - Övladlığagötürmə ilə bağlı
- Nazirliyə suallarınızı canlı yayımdan verə biləcəksiz
- Nazirliyə üç ayda 548 müraciət edilib
- Nazirliyə bir ildə 160 374 müraciət edilib
- Nazirliyə bir ayda 11 min müraciət edilib
- Nazirliyə 185 müraciət daxil oldu - 182-i həll edildi
- Nazirliyə 3,5 milyon manat ayrıldı
- Nazirliyə 9 mindən çox müraciət daxil olub