Əlillik təyinatında qruplar olmayacaq


13:48     14 May 2019 2018/05/sahil_1526110039.jpg



Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev Azərbaycanda əlillik təyinatı prosesinin tamamilə dəyişəcəyini deyib.

Femida.az xəbər verir ki, O, jurnalistlərə açıqlamasında bildirib ki, artıq əlillik qruplar üzrə təyin olunmayacaq:

" Pensiya sisteminin inkişafında 2050-ci ilə qədər hədəflərimiz var. Əlillik meyarlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması üzrə iş aparılır. Bildiyiniz kimi Sovet dövründən qalan sistemə əsasən Azərbaycanda əlillik 3 qrupa bölünür. Lakin Avropa təcrübəsində bu bölgü yoxdur. İndi bizim hazırladığımız meyarlar 1000 - dən çox xəstəliyi əhatə edir. Bu xəstəliklər də 6-7 kriteriya üzrə bölünür. Beləcə həmin kriteriyalara uyğun əlillik dərəcəsi müəyyən edilir. Bu kriteriyalar Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hazırlanıb".

Amin Nəzərli
Femida.az

Açar sözlər:

Oxunub: 650