DİQQƏT! Bu yollarda rənglənmə işləri aparılır


13:51     14 May 2019 2018/08/renglenme-zolaq_1533624020.jpg

Bakının Sabunçu və Yasamal rayonlarında avtomobil yollarının rənglənməsinə başlanılıb.


Bu barədə Femida.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev və Asif Əsədullayev küçələrində axşam saatlarınadək, Yasamal rayonu İnşaatçılar prospekti, həmçinin İzmir və Bakıxanov küçələrində isə axşam saat 22:00-dan səhər saatlarınadək üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən göstərilən saatlarda sözügedən yollda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Femida.az

Açar sözlər: #Sabunçu   #Yol   #Yasamal  

Oxunub: 309