Ceyhun Bayramov qəbul keçirəcək
14:41 14 May 2019
Təhsil naziri Ceyhun Bayramov mayın 24-ü saat 10:00-da Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Ağstafa və Qazax rayon sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda Ağstafa və Qazax rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil nazirinin müavini Firudin Qurbanov mayın 24-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edəcək. Qəbulda Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar mayın 14-dən 20-dək (saat 14:00-dək) bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (https://azvision.az/redirect.php?url=http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Femida.az
Oxunub: 489
Oxşar xəbərlər
- Ceyhun Bayramov Ankaraya yola düşüb
- Ceyhun Bayramov Gürcüstana gedib
- Ceyhun Bayramov İrana gedib
- Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
- Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə Brüssel görüşünü müzakirə edib
- Ceyhun Bayramov: "Ermənistan cəzasız qalmamalıdır"
- Ceyhun Bayramov Almaniyaya yola düşüb
- Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonla danışıb
- Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
- Ceyhun Bayramov Türkiyəyə gedib