FİFA-dan “Qarabağ”a məktub


14:59     14 May 2019 qarabaggg.jpg

FIFA prezidenti Canni İnfantino "Qarabağ"a təbrik məktubu göndərib. Femida.az xəbər verir ki, İnfantino məktubu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə ünvanlayıb.

Ali futbol qurumunun rəhbəri beynəlxalq futbol ictimaiyyəti adından "Qarabağ"ı Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, "Qarabağ" növbəti mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Açar sözlər:

Oxunub: 522


Oxşar xəbərlər