Bakıda sərnişin avtobus sürücüsünü təpiklədi - VİDEO


15:21     14 May 2019 19_05_14_1557832912.jpg

Bakıda sərnişin avtobusunda xoşagəlməz hal yaşanıb.


Femida.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə 91 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusda qeydə alınıb.

Dayanacaqdan kənar avtobusun saxlanılmasını tələb edən sərnişin onun istəyini yerinə yetirməyən sürücüyə hücum edib.

Hadisə zamanı sərnişin sürücüyə bir neçə təpik zərbəsi endirib və onu təhqir edib.

İnsidentin görüntüləri avtobusda yerləşdirilmiş təhlükəsizlik kamerasına düşüb.


Açar sözlər:

Oxunub: 725