Prezident sərəncam imzaladı
16:01 14 May 2019
Prezident İlham Əliyev akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Femida.az xəbər verir ki, Sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasına akademik Vladimir Rodionoviç Volobuyevin 110 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək və Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Sərəncamda bildirilir ki, 2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, kənd təsərrüfatı elmləri doktoru, professor Vladimir Rodionoviç Volobuyevin anadan olmasının 110 illiyi tamam olur.
Qeyd olunur ki, akademik Vladimir Volobuyev torpaqların meliorasiyası, geomorfoloji xəritələrin tərtibi, torpaqla iqlimin qarşılıqlı əlaqəsi və torpaq ekologiyasına dair böyük nəzəri-təcrübi əhəmiyyətə malik sanballı araşdırmalarının nəticələri kimi müəyyən etdiyi prinsip və apardığı hesablamalarla, irəli sürdüyü nəzəriyyə və işləyib hazırladığı təsnifatlarla Azərbaycanda torpaqşünaslığın inkişafına böyük töhfələr verib. Onun rəhbərliyi altında yetişən yüksək ixtisaslı kadrlar tərəfindən respublikada torpaqşünaslıq üzrə çox sayda əsaslı tədqiqat işləri uğurla yerinə yetirilib.
Oxunub: 550
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib