Qazaxın Məzəm kəndinə istinad divarı çəkilir -FOTO


16:10     14 May 2019 19_05_14_1557835948.jpg

Bu gün Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunda sakinlər düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Rayonun 7 kəndi, Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara 25 ildən çoxdur ki, işğal altındadır. 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Həmin kəndlərdən biri də sərhədə ən yaxın olanı Məzəm kəndidir.


Düşmən mövqelərindən atəşə məruz qalan kənd sakinləri daima qorxu altında yaşayırdılar. Hər zaman düşmən gülləsi ilə üz-üzə dayanan kənd sakinləri normal şəkildə yaşaya bilmirdilər. Sərhəddə yaşayan sakinlərin təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması məqsədi ilə bu kənddə mühavizə divarları çəkilir.

Bu günə kimi 57 evin qarşısına 2530 paqonmetr uzunluğu və 3 metr hündürlüyü olan mühafizə divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi də nəzərdə tutulub. Kənd əhalisinin təhlükəsiz gediş-gəlişini təmin edəcək hasarın hündürlüyü 3 metr, uzunluğu isə 1 kilometrə yaxın olacaq. Artıq hasarın çəkilməsi başa çatmaq üzrədir. Atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən 21 evin qarşısına da müdafiə hasarları çəkilib.




Bu gün Məzəm kəndində mövcud olan qayğılardan biri də kənddə olan su problemi və bağçanın olmamasıdır. Hər iki məsələ ilə bağlı bu istiqamətdə də məqsədyönlü işlərin görülməsi nəzərdə tutulub.

Münaqişə başlayan vaxtdan bəri 65 evdən ibarət olan bu qəhrəman kənd 8 şəhid verib. Onlardan 4 hərbçi torpaqlarımızın müdafiəsi uğrunda canından keçib. 4 nəfər kənd sakini isə atəşkəs şəraitində düşmən gülləsinin qurbanı olub. 1 nəfər kənd sakini Mərifət Nəsibov isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Açar sözlər:

Oxunub: 932