Qanunsuz balıq ovlayanlar 21200 manat cərimələnib


16:53     14 May 2019 2018/04/baliqci_0258_1523942027.jpg

"2019-cu ilin ötən dövrü ərzində tərəfimizdən keçirilən reydlər zamanı balıqovlama biletlərinin (kvota) şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığına dair faktlar aşkar edilərək sənədləşdirilib".


Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.

ETSN rəsmisi bildirib ki, ballıqovlama tələblərinin pozulması və balıqovlama biletləri olmadan balıq ovu ilə bağlı Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində 70 fakt aşkar edilib.

"Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt və protokollar tərtib edilib, ümumilikdə qanunsuz ovlanmış 7813 müxtəlif növ balıq götürülüb, 28 qanun pozucusuna inzibati qaydada 21200 manat məbləğində cərimə tətbiq edilib. Təbiətə vurulan 5103 manat ziyan hesablanıb və cinayət tərkibi yaranan 42 iş üzrə araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib".

R.Mirzəyev qeyd edib ki, hazırda balıqların kürütökmə dövrü ilə əlaqədar onların ovlanması qadağandır. "Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 371