"Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər" - Məmmədyarov


17:08     14 May 2019 elmar_memmedyarov_04.jpg

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri may ayının sonunda regiona səfər edəcəklər.



Bu barədə Femida.az-a Brüsseldə Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

“Hələlik həmsədrlərin regiona ayın sonunda gələcəyini düşünürük, bunu sonra ətraflı müzakirə edəcəyik. İndi gündəmdə nazirlərin görüşü var, amma bunu hazırlamaq lazımdır. Əvvəl də dediyim kimi, həmsədr ölkələrindən biri tərəfindən nazirlər səviyyəsində görüş keçirtmək barədə təklif verilmişdi və bu görüşə hazırlıq görülməlidir”, - nazir qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 329