Bakının mərkəzini su basdı - VİDEO


18:26     14 May 2019 19_05_14_1557844074.jpg


Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb. Hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.


“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Femida.az-a verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib: “Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.

Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

Qeyd edək ki, hadisə ilə əlaqədar yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.



Femida.az

Açar sözlər:

Oxunub: 406