Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib


18:40     14 May 2019 naxcivan_nmr_ali_meclis_mushavire_vasif_talibov_1%20(1)%20(1).jpg

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 14-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 478