Mağazadan pul oğurlandı
18:52 14 May 2019
Tovuz rayon sakini Tovuz Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mağazadan mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxlər gizli yolla daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az - a verilən məlumata görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, Ayaz Qasımov şübhəli qismində saxlanılıb.
İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş oluğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 280
Oxşar xəbərlər
- Mağazadan 4 500 manat oğurlandı
- Mağazadan oğurluq edən şəxs tutuldu
- Mağazadan 6 min manat pul oğurladılar
- Mağazadan araq və siqaret oğurlandı
- Mağazadan meyvə və yumurta oğurlandı
- Mağazadan oğurluq edən şəxs saxlanıldı
- Mağazadan 3000 manatlıq lotoreya bileti oğurlandı
- Mağazadan içərisində xeyli pul olan seyf oğurlanıb
- Mağazadan qızıl oğurlanıb
- Mağazadan 340 min manat oğurlayan kassir tutuldu